Vətənim Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Ermənistan hökumətinin yaydığı məlumata əsasən, Paşinyan Putinı ad günü münasibətilə təbrik edib və ona xoş arzularını çatdırıb.
Söhbət zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Telefon danışığının digər detalları barədə məlumat verilməyib.
Əsas mənbə: APA
