Vətənim Media xəbər verir ki, Fransada rəssam Pyer-Ogüst Renuarın muzeyindən əsərlərin oğurlanması ilə bağlı altı nəfər saxlanılıb. Onlardan ikisinin muzeyə qanunsuz daxil olaraq rəsm əsərlərini götürməkdə şübhəli bilindiyi bildirilir.
Saxlanılmalar muzeyin yerləşdiyi Dənizkənarı Alplar departamentində, eləcə də Ero və Yura departamentlərində aparılıb. Məlumata əsasən, sentyabrın 8-də səhər saatlarında iki nəfər Kan-sür-Mer kommunasındakı muzeyə girərək dörd rəsm əsərini çərçivələrindən kəsib aparıb. Araşdırma davam edir.
Əsas mənbə: APA
