6 oktyabrda Azərbaycan hökumətinin mərhələli və koordinasiyalı tədbirləri çərçivəsində Suriyadan 13 nəfər (6 qadın, 7 uşaq) Azərbaycan Respublikasına repatriasiya edilib, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əvvəlcə vətəndaşların yerləşdiyi məkan, şəxsiyyəti və vətəndaşlıq statusu təsdiqlənib. Repatriasiya işlərinə məsul dövlət qurumlarından formalaşmış İşçi Qrupu Suriyaya ezam olunaraq geri qaytarılan şəxslərə ilkin tibbi və psixoloji yardım göstərib.
Azərbaycanın Suriya və Türkiyədəki diplomatik nümayəndəlikləri, o cümlədən İstanbuldakı Baş Konsulluq əlaqələndirmə işləri apararaq vətəndaşlara qayıdış sənədləri və təyyarə biletləri təmin edib və onların ölkəyə gətirilməsini təmin edib.
Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə müvafiq tədbirlər planlaşdırılır. Hökumət xaricdə silahlı münaqişənin qurbanı olmuş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirləri həyata keçirməyə davam edəcək.
Əsas mənbə: APA
