Dünya fond bazarlarında indekslər geriləyib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Dünya fond bazarlarında indekslər geriləyib

Vətənim Media xəbər verir ki, əsas fond indeksləri ABŞ, Kanada, Avropa və Asiya-Sakit okean regionunda enişlə bağlanıb. Kanadada S&P/TSX Composite 1,70%, İspaniyanın IBEX 35 indeksi 1,68%, Euro Stoxx 50 isə 1,47% azalıb. Almaniyanın DAX indeksi 1,35%, Fransanın CAC 40 göstəricisi 1,22% geriləyib.

ABŞ-da Dow Jones 0,66% düşüb. S&P 500 və Nasdaq Composite indekslərinin hər biri 0,22% azalıb, NYSE Composite isə 0,92% geriləyib. Asiyada Yaponiyanın Nikkei 225 indeksi 0,99%, TOPIX 1,40% ucuzlaşıb; Honq-Konq, Çin və Avstraliya bazarlarında da azalma qeydə alınıb.

Enişə neft qiymətlərinin yüksək qalması və dövlət istiqrazlarının gəlirliliyinin artması təsir göstərib. ABŞ-da uzunmüddətli istiqrazların gəlirliliyinin 24 ilin ən yüksək həddinə çatması inflyasiya və borclanma xərcləri ilə bağlı narahatlığı artırıb. Avropada enerji qiymətləri, Fransanın borc və büdcə riskləri, Asiyada isə neftin bahalaşması investorların ehtiyatlı davranmasına səbəb olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗