Hövsanda üç avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Hövsanda üç avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişib

Vətənim Media xəbər verir ki, Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri nəqliyyatın hərəkətinə məhdudiyyət yaradıb. Bu səbəbdən 120, 120E və 121E nömrəli avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti olaraq yenilənib.

120 nömrəli avtobus Elman Qasımov küçəsindən Səməd Vurğun parkına, 120E marşrutu Hövsan yaşayış kompleksindən həmin parka, 121E isə Elman Qasımov küçəsindən “Əhmədli” metro stansiyasına qədər hərəkət edir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗