Vətənim Media xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzura səfər edən iranlı səyyah Nima Beni bu ərazilərin turizm baxımından geniş potensiala malik olduğunu bildirib. O, azad edilmiş ərazilərə daha çox turistin gəlməsinin vacibliyini qeyd edib.
Beni Şuşada yeni binaların tikildiyini müşahidə etdiyini deyib. Səyyah gələcəkdə daha çox insanın bölgəyə səfər edərək Azərbaycan mədəniyyəti, Şuşa, Xankəndi və digər ərazilərlə yaxından tanış olacağına ümid etdiyini vurğulayıb.
Əsas mənbə: APA
