Vətənim Media xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Murad Fətiyev 90 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub. O, yarımfinalda yaponiyalı Qoki Tayimaya uduzaraq qızıl medal uğrunda mübarizəni dayandırıb.
Fətiyev bürünc medal uğrunda qarşılaşmada serbiyalı Nemanya Maydovu məğlub edib. Azərbaycan cüdoçusu turnirin əvvəlki görüşlərində yunanıstanlı Teodoros Tselidis və fransalı Aleksa Mitroviçə qalib gəlmişdi. Bununla Azərbaycan idmançılarının mundialda qazandığı medalların sayı dördə çatıb: Əhməd Yusifov qızıl, Zelim Tçkayev gümüş, Rəşid Məmmədəliyev və Ömər Rəcəbli isə bürünc medal əldə ediblər.
Əsas mənbə: APA
