Vətənim Media xəbər verir ki, təmir-bərpa işləri ilə əlaqədar oktyabrın 8-də Nizami rayonunun bəzi küçələrində qazın verilişində müvəqqəti fasilə olacaq. Məhdudiyyət saat 10:00-dan başlayacaq və işlər başa çatanadək davam edəcək.
Qaz təchizatının M. Abbasov, K. Balakişiyev, Nəsimi və Ə. Əzimzadə küçələrində dayandırılması nəzərdə tutulur. İşlər tamamlandıqdan sonra həmin ərazilərə qazın verilişinin bərpa olunacağı bildirilib.
Əsas mənbə: APA
