Vətənim Media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Avropa ölkələrini müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa və transatlantik ittifaqı möhkəmləndirməyə səsləyib. O, Afinada etdiyi çıxışda qitədə müdafiə sahəsində yeni mərhələnin başlandığını göstərən əlamətlərin olduğunu bildirib.
Rubionun sözlərinə görə, müdafiə büdcələrinin artırılması, yeni tərəfdaşlıqların qurulması və sənaye istehsalının genişləndirilməsi ötən il Haaqada qəbul edilmiş hərbi öhdəliklərin davamı olmalıdır. O, ABŞ və Avropa arasında vaxtaşırı yaranan fikir ayrılıqlarının tərəflərin əlaqələrinə zərər vurmasına imkan verilməməli olduğunu vurğulayıb. Dövlət katibi müasir təhdidlərə qarşı birgə dayanıqlı ittifaq qurmağın mümkünlüyünü qeyd edib və transatlantik münasibətləri tərəflərdən birinin qazancı, digərinin itkisi kimi qiymətləndirməyin düzgün olmadığını deyib.
Əsas mənbə: APA
