Vətənim Media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio qarşıdakı on ildə veriləcək qərarların Qərbin gələcək dünya nizamındakı mövqeyinə təsir edəcəyini deyib. O, bu fikirləri Afinada Avropaya ünvanlanan çıxışı zamanı səsləndirib və həmin dövrdə seçiləcək kursun Qərbin aparıcı mövqeyini qoruyub-qorumayacağını müəyyənləşdirəcəyini vurğulayıb.
Rubionun sözlərinə görə, Qərb cəmiyyətləri zamanla onları fərqləndirən cəhətlərdən uzaqlaşıb, rifahlarına şübhə ilə yanaşıb və öz güclərinə inamı itiriblər. O, millətçilik anlayışının mənfi qarşılanmasını, abidələrin sökülməsini və tarixi keçmişin qınanmasını bu dəyişikliklərə nümunə göstərib. Dövlət katibi həmçinin Qərb ölkələrinin suverenliklərinin bir hissəsini qlobal bürokratik strukturlara ötürdüyünü, bu arada rəqiblərinin güc və sərvətlərini artırdığını iddia edib. Rubio Avropanı mövcud vəziyyətə ayıq nəzərlə baxmağa çağırıb.
Əsas mənbə: APA
