Tovuz məhkəməsi mənəvi ziyana görə 7 min manat tutulmasına qərar verib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Tovuz məhkəməsi mənəvi ziyana görə 7 min manat tutulmasına qərar verib

Vətənim Media xəbər verir ki, Tovuz Rayon Məhkəməsi sosial şəbəkələrdə yayılan videolarda iddiaçını və ailə üzvlərini alçaldan ifadələr işlədildiyi iddiası üzrə mülki işə baxıb. İddiaçı həmin məlumatların təkzib olunmasını və 100 min manat mənəvi ziyanın ödənilməsini tələb edib.

Məhkəmə təqdim olunan sübutları və videomaterialları araşdıraraq ifadələrin iddiaçının şərəf və ləyaqətini alçaltdığını, ailəsinin şəxsi həyatına müdaxilə etdiyini müəyyən edib. Qərarda şəxsi və ailə həyatının toxunulmazlığı hüququna, xüsusilə uşaqların mənşəyi barədə alçaldıcı ifadələrin yolverilməzliyinə diqqət çəkilib. İddia qismən təmin olunub: cavabdehdən iddiaçının xeyrinə 7 000 manat mənəvi ziyan və 90 manat dövlət rüsumu tutulması qət edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗