Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp HAMAS-ın üç il əvvəl İsrailə qarşı həyata keçirdiyi hücuma görə ağır bədəl ödədiyini bildirib. O, bu fikirləri Texasa səfərindən əvvəl Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışdığını və ona, eləcə də İsrail xalqına xoş arzularını çatdırdığını deyib. Söhbətin detalları barədə məlumat verməyən ABŞ lideri həmin günü dəhşətli faciə kimi xarakterizə edib və oktyabrın 7-də baş verənlərə görə qarşı tərəfin ciddi nəticələrlə üzləşdiyini vurğulayıb.
Əsas mənbə: APA
