Vətənim Media xəbər verir ki, ABŞ-da həbsdə saxlanılan Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar irəli sürülüb. ABŞ prokurorları onları işgəncə cinayətlərinin törədilməsi məqsədilə sui-qəsddə iştirak etməkdə təqsirləndirirlər.
İttiham aktında Venesuela hökumətinin nəzarətində saxlanılan ABŞ vətəndaşlarına işgəncə verildiyi, o cümlədən elektrik cərəyanından istifadə və cinsi zorakılıq hallarının baş verdiyi iddia olunur. Yeni ittihamlar Maduroya qarşı daha əvvəl irəli sürülmüş narkotik qaçaqmalçılığı və silah cinayətləri ilə bağlı ittihamlara əlavə edilib. Maduro və Flores əvvəlki ittihamlar üzrə təqsirlərini qəbul etməyiblər.
Əsas mənbə: APA
