Vətənim Media xəbər verir ki, Dünya Bankının aylıq hesabatına əsasən, sentyabrda Brent markalı neftin bir barelinin orta qiyməti 116,8 ABŞ dolları olub. Bu, avqust göstəricisindən 28,5 faiz çoxdur.
Üçüncü rübdə Brent-in orta qiyməti 97,1 dollar təşkil edib; ötən ilin eyni dövründə bu göstərici 69 dollar idi. WTI markalı neft sentyabrda orta hesabla 96,9 dollara satılıb ki, bu da avqustla müqayisədə 17,2 faiz artım deməkdir. Rüb üzrə WTI-nin orta qiyməti 86,3 dollar olub, ötən ilin müvafiq dövründə isə 65 dollar təşkil edib.
Hesabatda qeyd olunub ki, 2025-ci ildə Brent-in orta qiyməti 69 dollar, WTI-nin orta qiyməti isə 64,9 dollar olub. Müqayisə üçün, 2024-cü ildə bu göstəricilər müvafiq olaraq 80,7 və 75,8 dollar təşkil etmişdi.
Əsas mənbə: APA
