Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev Xəzər dənizinin artan iqtisadi və strateji əhəmiyyətini vurğulayaraq, onun sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunmasının vacibliyini bildirib. O, Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib.
Dövlət başçısının sözlərinə görə, Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, burada iri beynəlxalq layihələr həyata keçirilir. Əliyev qeyd edib ki, dənizin dinc və sabit mühit kimi qorunması bütün Xəzəryanı dövlətlərin maraqlarına uyğundur və əməkdaşlığın inkişafı üçün zəruri şərait yaradır.
Əsas mənbə: APA
