Əraqçi: Rusiya, İran və Azərbaycan birgə layihələrin icrasını razılaşdırıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Əraqçi: Rusiya, İran və Azərbaycan birgə layihələrin icrasını razılaşdırıb

Vətənim Media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Türkmənistanda keçirilən MDB sammiti çərçivəsində Rusiya, İran və Azərbaycan arasında bir sıra birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunduğunu bildirib.

İran dövlət televiziyasına müsahibəsində Əraqçi deyib ki, üç ölkə liderlərinin görüşü Rusiyanın təşəbbüsü ilə baş tutub. Görüşdə iqtisadi əməkdaşlıq da daxil olmaqla bir sıra layihələr müzakirə edilib və onların icrası barədə razılığa gəlinib.

Üçtərəfli görüşdə İran Prezidenti Məsud Pezeşkian, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər. Liderlər Türkmənistanda MDB dövlət başçılarının sammiti və Xəzər ətraf mühit sammiti çərçivəsində bir araya gəliblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗