Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərək Birliyin 35 illik fəaliyyətini qeyd edib. Onun sözlərinə görə, MDB son illərdə siyasi dialoqun aparılması və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əhəmiyyətli platforma kimi özünü doğruldub.
Prezident bildirib ki, təşkilat üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edir. İclas Türkmənbaşı şəhərində keçirilir. İlham Əliyev çıxışında MDB-nin siyasi dialoq və əməkdaşlıq üçün yaratdığı imkanları vurğulayıb.
Əsas mənbə: APA
