Vətənim Media xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə fəaliyyət göstərdiyini bildirib. O, bu barədə 10 oktyabr – Dəmiryolçular Gününə həsr olunan tədbirdə çıxış edərkən danışıb.
Kobaxidzenin sözlərinə görə, nəqliyyat marşrutlarının dəyişməsi və Orta Dəhlizə marağın artması dəmir yollarının əhəmiyyətini yüksəldir. Modernləşdirilmiş və səmərəli dəmir yolu sistemi Gürcüstanın tranzit imkanlarını möhkəmləndirir. Baş nazir nəqliyyat infrastrukturunun inkişafını ölkə üçün əsas prioritetlərdən biri adlandırıb və 2032-ci ilədək bu sahəyə ümumilikdə 7 milyard ABŞ dolları investisiya yatırılacağını qeyd edib. O, Bakı-Tbilisi-Qars layihəsinin tamamlandığını da vurğulayıb.
Əsas mənbə: APA
