Vətənim Media xəbər verir ki, Ukraynanın Lvov şəhərində dizel qatarı elektrovozla toqquşub. Qəza oktyabrın 8-də Podzamçe stansiyasından yola düşən “Lvov-Sokal” marşrutlu qatarın hərəkəti zamanı baş verib.
Hadisə nəticəsində ümumilikdə səkkiz nəfər xəsarət alıb. Dizel qatarının maşinisti ayağından yaralanıb, daha dörd sərnişinə tibbi yardım göstərilib. Xəsarət alanlardan beşi xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində yardım edilib. Elektrovozun maşinistləri xəsarət almayıblar. Dəmir yolu mütəxəssisləri və xüsusi xidmət əməkdaşları hadisə yerində işləyir, toqquşmanın səbəblərini araşdırırlar.
Əsas mənbə: APA
