Putin: Son 20 ildə Rusiyanın Xəzər sahilində 20 min kvadrat kilometr quruyub

Şrift
🔊 Xəbəri dinlə — Babək
Putin: Son 20 ildə Rusiyanın Xəzər sahilində 20 min kvadrat kilometr quruyub

Vətənim Media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin son 20 ildə Xəzər dənizinin Rusiyaya aid hissəsində sahil xəttinin qurumasının təxminən 20 min kvadrat kilometrə çatdığını bildirib. O, bu barədə Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində danışıb.

Putinin sözlərinə görə, dənizin dayazlaşması Xəzəryanı bölgələrin investisiya cəlbediciliyinə, məşğulluğa və sakinlərin həyat səviyyəsinə mənfi təsir göstərir. O, səviyyə dəyişikliklərinin hazırkı sürətlə davam etməsinin ciddi ekoloji fəsadlara yol aça biləcəyini deyib. Rusiya gəmiçiliyi təmin etmək üçün hər il əhəmiyyətli vəsait ayırır.

Putin Rusiyanın 2030-cu ilədək Xəzərin öyrənilməsi proqramı hazırladığını və əldə edilən nəticələri qonşu ölkələrlə bölüşməyə hazır olduğunu qeyd edib. O, dənizin süni intellektlə dəstəklənən rəqəmsal modelinin yaradılması təşəbbüsünü də irəli sürərək digər ölkələri bu işə qoşulmağa çağırıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗