Türk dövlətləri futbolçuların əcnəbi statusunun ləğvini müzakirə edir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Türk dövlətləri futbolçuların əcnəbi statusunun ləğvini müzakirə edir

Vətənim Media xəbər verir ki, Türk dövlətləri arasında transfer olunan futbolçuların əcnəbi oyunçu sayılmaması istiqamətində işlərə başlanması nəzərdə tutulur. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Kürşad Zorlu məlumat verib.

Zorlunun sözlərinə görə, təşəbbüs Türk dövlətləri arasında futbol əlaqələrini gücləndirmək məqsədi daşıyır. Həmçinin iki ildən bir “Türk Kuboku” adlı ortaq futbol turnirinin keçirilməsi planlaşdırılır. Hər iki məsələ ilə bağlı müvafiq nazirliklərlə birgə iş aparılacaq. Təkliflərin hansı tarixdə həyata keçiriləcəyi barədə məlumat verilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗