Amerikalı səyyah Zəngəzur dəhlizi istiqamətində tikinti işlərini müşahidə edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Amerikalı səyyah Zəngəzur dəhlizi istiqamətində tikinti işlərini müşahidə edib

Vətənim Media xəbər verir ki, Kaliforniyadan olan səyyah Çarlz Vili Qarabağa səfəri zamanı Zəngəzur dəhlizi istiqamətində geniş tikinti işlərinin aparıldığını bildirib. O, son altı ildə bölgəyə turlar təşkil etdiyini və bu müddətdə burada böyük inkişaf gördüyünü söyləyib.

Vili yeni yolun səfər vaxtını xeyli azaltdığını qeyd edib: əvvəllər Xocavənddən həmin əraziyə çatmaq bir neçə saat çəkirdisə, bu dəfə yol 10 dəqiqə davam edib. Səyyah Horadiz-Ağbənd avtomobil yolu istiqamətindəki işləri və TRIPP adlandırılan layihəni də xatırladaraq, onun tam başa çatmasını görmək istədiyini bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗