Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskini müharibəni bitirmək üçün razılaşma əldə etməməkdə ittiham edib və Ukraynada yeni prezident seçkilərinin keçirilməsinin vaxtı çatdığını bildirib. O, Ağ Evin qarşısında jurnalistlərlə söhbətində Ukraynanın münaqişəni dayandırmaq üçün bir neçə imkanı olduğunu, lakin Zelenskinin onlardan yararlanmadığını deyib.
Tramp, həmçinin Rusiyanın neft emalı zavodlarına endirilən zərbələri tənqid edib. Onun sözlərinə görə, Vaşinqton Kiyevdən dizel yanacağına toxunmamağı xahiş edib. ABŞ Prezidenti daha əvvəl də Moskva ilə dizel tədarükü barədə razılaşmalar fonunda Ukraynanın Rusiyanın neft infrastrukturuna hücumlarından narazılığını ifadə etmişdi.
Əsas mənbə: APA
