Vətənim Media xəbər verir ki, Türkiyədə 15 yaşdan kiçik uşaqlara sosial şəbəkə xidmətlərinin göstərilməsi noyabrın 1-dən qadağan ediləcək. Yeni qaydalar oktyabrın 10-da hökumətin rəsmi nəşrində dərc olunan normativ aktla müəyyənləşdirilib. 15–18 yaş arası istifadəçilər üçün platformalar gücləndirilmiş təhlükəsizlik və məxfilik tədbirləri tətbiq edən ayrıca rejim yaratmalıdır.
Mövcud hesabların yaş təsdiqi 2027-ci il martın 31-dək tamamlanmalıdır. Yaş istifadəçinin elektron dövlət xidmətləri sistemi vasitəsilə xüsusi identifikatorla yoxlanacaq. Yeniyetmələrin hesabları standart olaraq qapalı olacaq; canlı yayımlar, fərdiləşdirilmiş reklamlar və müəyyən məzmun tövsiyələri məhdudlaşdırılacaq. Platformalara azyaşlıların əlaqə siyahılarını digər tətbiqlərlə sinxronlaşdırmaq və həmin məlumatları emal etmək də qadağan ediləcək. Qaydalara əsasən, şirkətlər valideynlər və qəyyumlar üçün hesab, istifadə müddəti, geolokasiya və ödənişləri idarə etməyə imkan verən nəzarət alətləri də təqdim etməlidir.
Əsas mənbə: APA
