ABŞ-də Trampı işıqlandırmağı dayandıran beş telekanal araşdırılır

Şrift
🔊 Xəbəri dinlə — Babək
ABŞ-də Trampı işıqlandırmağı dayandıran beş telekanal araşdırılır

Vətənim Media xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi ABC, CBS, CNN, NBC və “Fox News” telekanallarının ABŞ Prezidenti Donald Trampın fəaliyyətini işıqlandırmağı müvəqqəti dayandırması ilə bağlı araşdırmaya başlayıb. Nazirlik bu addımın telekanallar arasında razılaşdırılıb-razılaşdırılmadığını və antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyənləşdirməyə çalışır.

Məlumata görə, sentyabrın 19-da Ağ Ev CNN, MS NOW və “Politico” jurnalistlərinin akkreditasiyalarını ləğv edib. Buna etiraz olaraq beş telekanal Trampın fəaliyyətini işıqlandırmağa fasilə verib. Jurnalistlərin məhkəməyə müraciətindən sonra, sentyabrın 24-də onların Ağ Evə giriş hüququ bərpa olunub, telekanallar isə əvvəlki iş rejiminə qayıdıblar.

Ədliyyə Nazirliyinin sözçüsü Emili Kovinqton rəqib şirkətlərin birgə boykot qərarının antiinhisar qanunlarını poza biləcəyini bildirib. Jurnalistləri Müdafiə Komitəsi isə araşdırmanı tənqid edərək hökumətin bu cür tədbirlərdən media qurumlarına təzyiq göstərmək üçün istifadə etməməli olduğunu vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗