Əfqanıstan və Pakistan qüvvələri sərhəddə atışıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Əfqanıstan və Pakistan qüvvələri sərhəddə atışıb

Vətənim Media xəbər verir ki, Əfqanıstanın Paktiya vilayətində, Dand-Patan bölgəsində Əfqanıstan və Pakistan hərbçiləri arasında silahlı toqquşma baş verib. İnsident iki ölkə arasındakı sərhədyanı ərazidə, Durand xətti boyunca qeydə alınıb.

Əfqanıstanın 203-cü “Mənsuri” ordu korpusunun nümayəndəsi bildirib ki, atəşi ilk olaraq Pakistan hərbçiləri açıb, əfqan bölmələri isə cavab verib. Onun sözlərinə görə, Əfqanıstan tərəfinin hərbçiləri arasında itki yoxdur və qarşıdurma başa çatıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗