Əməkdar jurnalist Məhəbbət Mirzəyeva uzun sürən xəstəlikdən sonra vəfat edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva uzun sürən xəstəlikdən sonra vəfat edib

Vətənim Media xəbər verir ki, “Şərq qapısı” qəzetinin Texniki yaradıcılıq bölməsinin müdiri, Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Məhəbbət Mirzəyeva uzun illər qəzetdə çalışıb. Səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub, həmçinin “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗