Ər-Riyad hava limanına hücumda yaralananların sayı 50-yə yaxındır

Şrift
🔊 Xəbəri dinlə — Babək
Ər-Riyad hava limanına hücumda yaralananların sayı 50-yə yaxındır

Vətənim Media xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtındakı Kral Xalid Beynəlxalq Hava Limanına raket zərbəsindən sonra yaxınlıqdakı xəstəxanaya təxminən 50 yaralı yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin kritik olduğu bildirilir.

Məlumatlara görə, Ər-Riyadın ən böyük xəstəxanalarında fövqəladə vəziyyət elan edilib, hava limanının terminallarından birinə düşən raketdən sonra tibb işçiləri yaralıları təxliyə ediblər. Hadisədən əvvəl şahidlər hava limanı yaxınlığında güclü partlayış baş verdiyini bildiriblər. Beynəlxalq hava limanının oktyabrın 11-də günün sonunadək bağlı qalacağı gözlənilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗