Vətənim Media xəbər verir ki, “Şərq qapısı” qəzetinin Texniki yaradıcılıq bölməsinin müdiri, Əməkdar jurnalist Məhəbbət Mirzəyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Məhəbbət Mirzəyeva uzun illər qəzetdə çalışıb. Səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunan jurnalist “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına da layiq görülüb.
Əsas mənbə: APA
