Papa XIV Leo ağciyərində aşkarlanan törəməyə görə əməliyyat olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Papa XIV Leo ağciyərində aşkarlanan törəməyə görə əməliyyat olunacaq

Vətənim Media xəbər verir ki, Roma Papası XIV Leo ağciyərində aşkarlanan kiçik düyünvari törəmənin çıxarılması üçün yaxın günlərdə cərrahiyyə əməliyyatı keçirəcək. 71 yaşlı pontifik oktyabrın 11-də Müqəddəs Pyotr meydanında keçirilən bazar günü duası zamanı son tibbi müayinələrin nəticəsi barədə məlumat verib.

Onun sözlərinə görə, törəmə erkən mərhələdə aşkarlanıb və ağciyərin məhdud bir hissəsində yerləşir. Həkimlərin tövsiyəsi ilə əməliyyatın Romadakı Cemelli xəstəxanasında həftənin ilk günlərində aparılması planlaşdırılır. Papanın müdaxilədən sonra təxminən bir həftə ərzində sağalacağı gözlənilir. Törəmənin xoşxassəli, yoxsa bədxassəli olduğu açıqlanmayıb.

XIV Leonun noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya səfəri nəzərdə tutulub. Əməliyyatın bu səfərin proqramına təsir edib-etməyəcəyi hələ məlum deyil.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗