Vətənim Media xəbər verir ki, Ukraynanın Rusiyada “Yandex” şirkətinə məxsus data mərkəzinə PUA ilə hücumundan sonra müəssisənin fəaliyyəti tamamilə dayanıb. Şirkət Vladimir vilayətində yerləşən mərkəzin infrastrukturunun zədələndiyini açıqlayıb.
Hücumdan sonra Rusiyanın bir sıra regionlarında, o cümlədən Sibirdə “Yandex Go”, “Yandex Pay”, “Yandex Yeda”, “Yandex Pro” və “Alisa” xidmətlərində fasilələr yaranıb. Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev iki yarımstansiyanın sıradan çıxdığını, bunun 5 min sakinin elektrik təchizatına təsir etdiyini bildirib. Onun sözlərinə görə, elektrik enerjisinin verilişinin 80 faizi, istilik və su təchizatı isə tam bərpa olunub. Məlumatda daha əvvəl Ryazan və Kaluqa vilayətlərindəki “Yandex” data mərkəzlərinin də PUA hücumlarına məruz qaldığı qeyd edilir.
Əsas mənbə: APA
