Vətənim Media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” hərəkatı ilə əlaqə saxladığını bildirib. O, açıqlamanı Endryus hərbi bazasında jurnalistlərlə söhbət zamanı verib.
Trampın sözlərinə görə, ABŞ tərəfi bundan sonra baş verəcəkləri izləyəcək, lakin husilərin əvvəlki addımlarını “çox pis” qiymətləndirib. O, Səudiyyə Ərəbistanına endirilən zərbələrə münasibət bildirərkən hücumu dəhşətli adlandırıb və ölkənin belə vəziyyətlərdə özünü müdafiə etmək hüququnun olduğunu deyib.
Əsas mənbə: APA
