Zelenski Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa hazır olduqlarını deyib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Zelenski Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa hazır olduqlarını deyib

Vətənim Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazır olduqlarını bildirib. O, bunun qarşılığında Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmasını tələb edib.

Zelenskinin sözlərinə görə, gərginliyin azaldılması üçün atılan addımlar qarşılıqlı olmalı və real təminatlarla müşayiət edilməlidir. O, Avropa liderləri ilə danışıqların davam edəcəyini, əlavə hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri üçün sursatların verilməsinin gündəlik müzakirə olunduğunu da qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗