Zelenski Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını Starmerlə müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Zelenski Rusiyanın Ukrayna şəhərlərinə hücumlarını Starmerlə müzakirə edib

Vətənim Media xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın sərt bəyanatlarından sonra Böyük Britaniyanın baş naziri Kir Starmerlə telefonla danışıb. Zelenski söhbət zamanı Rusiyanın Ukrayna şəhərlərinə aviabombalar, pilotsuz uçuş aparatları və ballistik raketlərlə davam edən hücumları barədə məlumat verib.

Ukrayna lideri Londonun ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib. O, əhalinin müdafiəsi və Avropanın təhlükəsizliyinin gücləndirilməsi üçün konkret qərarların qəbul olunmasının vacibliyini vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗