Zelenski seçkilər üçün Rusiyadan 60 günlük atəşkəs tələb etdi

Şrift
🔊 Xəbəri dinlə — Babək
Zelenski seçkilər üçün Rusiyadan 60 günlük atəşkəs tələb etdi

Vətənim Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində prezident seçkilərinin keçirilməsini Rusiyanın 60 günlük tam atəşkəsə razılaşması ilə şərtləndirib. O, ABŞ-ın ABC telekanalına müsahibəsində bildirib ki, belə bir fasilə seçkilərin təşkilinə imkan verər.

Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynada yeni rəhbər seçilməsi barədə fikrinə də cavab verib. Onun sözlərinə görə, ölkəyə kimin rəhbərlik edəcəyini Ukrayna vətəndaşları müəyyənləşdirməlidir. Zelenski Rusiya Prezidenti Vladimir Putinin də Ukraynada hakimiyyət dəyişikliyində maraqlı olduğunu iddia edib.

Tramp daha əvvəl Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə zərbələrini tənqid edərək yeni prezident seçilməsinin vaxtı çatdığını söyləmişdi. Zelenski isə Ukraynanın həmin hücumları dayandırmağa hazır olduğunu, bunun üçün Moskvanın da Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırmalı olduğunu bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗