ABŞ-ın Ukraynaya silah və kəşfiyyat dəstəyini dayandırmaqla hədələdiyi bildirilir

Şrift
🔊 Xəbəri dinlə — Babək
ABŞ-ın Ukraynaya silah və kəşfiyyat dəstəyini dayandırmaqla hədələdiyi bildirilir

Vətənim Media xəbər verir ki, ABŞ administrasiyası Ukraynaya silah alınmasını nəzərdə tutan proqramı və Kiyevlə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırmaqla hədələyib. “Financial Times”ın adı açıqlanmayan avropalı rəsmilərə istinadən yaydığı məlumata görə, ABŞ nümayəndələri oktyabrın 10-u və 11-də Avropa paytaxtlarına, eləcə də Kiyevə bir neçə telefon zəngi ediblər.

Nəşrin mənbələri Vaşinqtonun Avropa ölkələrinin maliyyəsi hesabına ABŞ-dan silah alınmasını nəzərdə tutan PURL proqramını dayandırmaq ehtimalını da gündəmə gətirdiyini iddia ediblər. ABŞ Müdafiə Nazirliyindən zəng aldığını deyən avropalı rəsmilərdən biri əlaqələrin Kiyevə və Avropanın müxtəlif ölkələrinə yönəldiyini bildirib. “Financial Times”ın yazdığına görə, danışılan şəxslər arasında Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbər müavini Pavel Palisa da olub. Ağ Ev telefon danışıqlarının baş tutub-tutmadığını təsdiqləməyib və məsələni şərh etməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗