ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 16-da Gürcüstana səfər edəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 16-da Gürcüstana səfər edəcək

Vətənim Media xəbər verir ki, İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis oktyabrın 16-da Gürcüstana rəsmi səfər edəcək. Səfər zamanı onun Gürcüstanın Baş naziri İrakli Kobaxidze və xarici işlər naziri Maka Boçorişvili ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik məsələləri və Cenevrə beynəlxalq müzakirələrinin gündəliyi ətrafında fikir mübadiləsi aparılacaq. Kassis Gürcüstana səfərindən əvvəl, oktyabrın 15-də Ermənistanda olacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗