Vətənim Media xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Endi Börnham ölkənin Avropa İttifaqına yenidən üzvlüyü ilə bağlı referendum keçirmək niyyətində olmadığını bildirib. O, parlamentdə çıxışında referendumun nəticələrinə hörmət etdiyini vurğulayıb.
Börnham Aİ ilə iqtisadi əlaqələri dərinləşdirməyi və ticarəti yaxşılaşdırmağı vacib sayıb. Bununla yanaşı, Britaniyanın vahid bazara və gömrük ittifaqına qayıtmasının, eləcə də insanların sərbəst hərəkəti prinsipinin bərpasının nəzərdə tutulmadığını deyib. Baş nazir bu mövqenin Leyboristlər Partiyasının 2024-cü il seçkiləri öncəsi verdiyi vədlərlə uyğun olduğunu qeyd edib.
Böyük Britaniyada Aİ üzvlüyü ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib: seçicilərin 51,9 faizi birlikdən çıxmağın lehinə, 48,1 faizi isə əleyhinə səs verib. Ölkə 2020-ci il fevralın 1-nə keçən gecə Aİ-ni tərk edib. Britaniya və Aİ liderlərinin sammitinin gələn ay Brüsseldə keçirilməsi planlaşdırılır.
Əsas mənbə: APA
