Ərdoğan: Birgə Müdafiə Sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Ərdoğan: Birgə Müdafiə Sazişi yaxın günlərdə Türkiyə parlamentinə təqdim olunacaq

Vətənim Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanmış Birgə Müdafiə Sazişinin yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyini bildirib. O, bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı danışıb.

Ərdoğanın sözlərinə görə, avqustun 7-də imzalanan sənədin daxili təsdiq prosedurlarının tamamlanması üçün parlamentə təqdim edilməsinə hazırlıq görülür. Türkiyə prezidenti ölkəsinin etnik və məzhəb fərqlərindən asılı olmayaraq regionda sülh və sabitliyin təmininə çalışacağını vurğulayıb. O, saziş çərçivəsindəki fəaliyyətlərin də NATO ilə bağlı fəaliyyətlər kimi Türkiyənin milli qanunvericiliyinə uyğun həyata keçiriləcəyini qeyd edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗