Ukraynanın iki vilayətindən 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Ukraynanın iki vilayətindən 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib

Vətənim Media xəbər verir ki, Dnepropetrovsk və Kiyev vilayətlərindən olan daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə Azərbaycana gəlib. Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev uşaqların gəlişi barədə məlumat verib.

Səfirin bildirdiyinə görə, müharibə başlayandan indiyədək ümumilikdə 722 ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib. Husyev uşaqlara göstərilən qayğıya və həmrəyliyə görə Azərbaycana təşəkkür edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗