Vətənim Media xəbər verir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində avtomobillərin hərəkəti sıxlaşıb. Nəqliyyatın sıx olduğu istiqamətlərdən biri Tbilisi prospektində İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyasına doğrudur. Bakı-Sumqayıt şosesinin həm Xırdalan dairəsi, həm də “20 Yanvar” istiqamətində də sıxlıq qeydə alınıb.
Ziya Bünyadov prospektində Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək, eləcə də Atatürk prospektindən Ziya Bünyadov prospektinə doğru hərəkət yavaşıyıb. Heydər Əliyev prospektinin əsas və köməkçi yollarında mərkəz istiqamətində, həmçinin Afiyəddin Cəlilov, Babək və Əbdülvahab Salamzadə küçələrində sıxlıq var. Çətinlik Şəmsi Bədəlbəyli, Bakıxanov, Bülbül, Səməd Vurğun və Mikayıl Müşfiq küçələrində də müşahidə olunur.
Əsas mənbə: APA
