Vətənim Media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin TRIPP nəqliyyat layihəsində iştirak etməyə hazır olduğunu bildirib. Bakıda keçirilən mətbuat konfransında o, Moskvanın layihəyə qoşulmaqla bağlı hələ müraciət almadığını deyib.
Lavrovun sözlərinə görə, maraqlı tərəflər Rusiyanın infrastruktur layihələrində iştirak imkanlarından və buna hazırlığından xəbərdardır. O, Rusiyanın Cənubi Qafqaz dəmir yolu infrastrukturu ilə tanış olduğunu və onun texnoloji təminatını həyata keçirdiyini qeyd edib. Nazir həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini və Vaşinqtonda əldə edilmiş razılaşmanı alqışladıqlarını bildirib.
Əsas mənbə: APA
