Birbank Invest-də “EmbaFinans” istiqrazlarına 13 faizlə abunə yazılışı başlayıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Birbank Invest-də “EmbaFinans” istiqrazlarına 13 faizlə abunə yazılışı başlayıb

Vətənim Media xəbər verir ki, oktyabrın 14-dən 27-dək Birbank Invest tətbiqi vasitəsilə “EmbaFinans” BOKT QSC-nin istiqrazlarına abunə yazılışı keçiriləcək. İstiqrazların illik gəlirliliyi 13 faiz, nominal dəyəri 10 manat, tədavül müddəti isə 12 ay müəyyən edilib. Faiz ödənişləri rüblük həyata keçiriləcək.

Qiymətli kağızlar sənədsiz, adlı, faizli və təmin edilməmiş formada buraxılır. Abunə dövründə investorlar istiqrazları əldə etmək üçün tətbiqdən müraciət edə bilərlər. Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır; xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗