Vətənim Media xəbər verir ki, ATB 2026-cı ilin ilk doqquz ayında 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 62 faiz və təxminən 5,8 milyon manat çoxdur. Bankın ümumi gəlirləri 14 faiz artaraq 143 milyon manata, xərcləri isə 127,6 milyon manata yüksəlib. Faiz gəlirləri 105,7 milyon, qeyri-faiz gəlirləri 37,2 milyon manat təşkil edib.
Sentyabrın sonuna bankın kredit portfeli 20 faiz artaraq 944,9 milyon manata çatıb. İstehlak kreditləri 424,1 milyon, biznes kreditləri 303,2 milyon, daşınmaz əmlak kreditləri isə 217,6 milyon manat olub. Depozit portfeli 40,4 faiz artaraq 1,7 milyard manata yüksəlib; əhalinin əmanətlərinin həcmi 70 faiz artımla 344,8 milyon manat təşkil edib. Məcmu kapital 16,5 faiz artaraq 128,7 milyon manata çatıb, ümumi öhdəliklər isə 2 milyard manat səviyyəsində olub.
Əsas mənbə: APA
