Ukraynada həkim kimi xidmət edən lənkəranlı döyüşçü kəndində dəfn olundu

Şrift
🔊 Xəbəri dinlə — Babək
Ukraynada həkim kimi xidmət edən lənkəranlı döyüşçü kəndində dəfn olundu

Vətənim Media xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində həkim kimi iştirak edən Vahab Quliyevin nəşi Lənkəranın Separadi kəndində torpağa tapşırılıb. 1968-ci il təvəllüdlü Quliyev Kupyansk istiqamətində gedən döyüşlərdə, xidməti vəzifəsini yerinə yetirərkən dron hücumu nəticəsində həlak olub.

Vida mərasimində mərhumun yaxınları, kənd sakinləri və Ukraynanın Azərbaycandakı hərbi attaşesi, polkovnik Taras Novrovski iştirak edib. Quliyev məşhur “Nənələr” folklor qrupunun üzvü Xanımbacı Quliyevin oğlu olub. O, anasının məzarının yanında dəfn edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗