Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələr endirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz
Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələr endirib

Vətənim Media xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında hərbi əməliyyatlar qarşılıqlı zərbələrdən sonra intensivləşib. Husilərin Ər-Riyad hava limanına hücumundan sonra “Saudi Aramco”nun obyektləri və Yəmən hökumətinin Prezident sarayı hədəfə alınıb.

Səudiyyə Ərəbistanı isə husilərin nəzarətində olan ərazilərə hava hücumlarını artırıb. Yəmən hökumətinin rəsmilərinin sözlərinə görə, tərəflər arasında danışıqlar aparılmır və yaxın vaxtlarda razılaşma gözlənilmir. Husilərin Bab əl-Məndəb boğazına nəzarəti beynəlxalq dəniz ticarəti üçün risk yaradır. BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Yəməndə 18 milyon insan ciddi ərzaq çatışmazlığı ilə üzləşir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗