Vətənim Media xəbər verir ki, İran parlamentində keçirilən etimad səsverməsində Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyi qəbul edilib. Onun lehinə 237 deputat səs verib və Kitabçi ölkənin yeni müdafiə naziri olub.
Namizədi parlamentə Prezident Məsud Pezeşkian təqdim edib. Kitabçi bundan əvvəl İranın müdafiə sənayesi və aerokosmik sahəsində rəhbər vəzifələrdə çalışıb. Əvvəlki müdafiə naziri Əziz Nəsirzadə fevralda ABŞ və İsrailin zərbələri nəticəsində həlak olduqdan sonra vəzifəni müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edirdi.
Əsas mənbə: APA
