Vətənim Media xəbər verir ki, Litvanın Panevejis və Şaulyay bölgələrində mümkün dron təhlükəsi ilə əlaqədar qırmızı hava həyəcanı elan olunub. Ölkənin Silahlı Qüvvələri ərazidə yaşayanların mobil telefonlarına xəbərdarlıq mesajları göndərib.
Sakinlərə sığınacaqlara və digər təhlükəsiz yerlərə keçmək, rəsmi qurumların göstərişlərini gözləmək tövsiyə edilib. Son məlumata görə, Şaulyay və Kaunas bölgələrində həyəcan ləğv olunub, Panevejisdə isə qırmızı təhlükə səviyyəsi qüvvədə qalıb. Dronun mənşəyi və hadisənin digər təfərrüatları açıqlanmayıb.
Əsas mənbə: APA
