Vətənim Media xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində yaşayış kompleksinin ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Yanğının yaxınlıqdakı yaşayış binalarına və obyektlərə yayılmasının qarşısı alınıb.
Hadisə barədə nazirliyin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Yanğın qısa müddətdə məhdudlaşdırılıb, daha sonra tam söndürülüb. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Əsas mənbə: APA
