Vətənim Media xəbər verir ki, Salyan rayonunun Şorsulu kəndi yaxınlığında baş verən yol qəzasında üç nəfər yaralanıb. Hadisə səhər saatlarında Ələt-Astara magistralının həmin ərazidən keçən hissəsində qeydə alınıb.
Masallı sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü, sərnişinlərdən Masallı sakini, 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib; onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Əsas mənbə: APA
